Türkiyə qərbi necə geri otuzdurdu?: Çavuşoğlu detalları açdı -

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 10 ölkə səfirləri ilə bağlı yaşanan gərginliyin detallarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, səfirlərin ölkədən qovulması üçün proses artıq başlamışdı. Prosesin detalları barədə Nazirlər Kabinetinə məlumat verilmişdi. Diplomatın sözlərinə görə, proses başlayandan sonra diplomatlar qəti şəkildə geri addım atıb. Onlar hadisəyə görə bir-birilərini ittiham ediblər. Çavuşoğlu deyib ki, Türkiyənin qəti mövqeyini görən bəzi səfirlər ölkədən qovulacaqlarını başa düşdüklərini üçün hətta əşyalarını da toplamaq qərarına gəlib.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, kanada, Norveç və Yeni Zelandiya səfirləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etmişdilər. Kavala casusluq və dövlət çevrilişinə cəhd hadisələrində iştirakda təqsirləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR