Toyota 2022-ci ildə ilk elektrikli avtomobilini

Ən böyük Yaponiya avtomobil istehsalçısı "Toyota Motor" gələn il ilk elektrik avtomobilini satmağa başlayacaq.

Metbuat.az xəbər verir ki, istehsalçıya görə, "Toyota bZ4X" krossoverinin satışı 2022-ci ilin ortalarında Yaponiya, Şimali Amerika, Çin və Avropa da daxil olmaqla bütün dünyada başlayacaq. Modelin qiyməti hələ açıqlanmayıb. Qeyd edək ki, "Toyota Motor" 2025-ci ilə qədər 15 modeldən ibarət yeni elektrikli avtomobil seriyasını buraxmağı planlaşdırır. Bu xəttdə ilk model "Toyota bZ4X" olacaq. Məlumat üçün bildirək ki, keçən ilin sonunda Yaponiya hökuməti 2030-cu illərin ortalarına qədər bütün benzin və dizel avtomobillərinin istehsalının dayandırılmasını nəzərdə tutan istixana qazı emissiyalarını azaltmaq üçün yeni planı təsdiqlədi. Hökumətin fikrincə, bu yanaşma ölkə iqtisadiyyatını stimullaşdıracaq və 2030-cu ilə qədər təxminən 900 milyard dollar, növbəti 20 ildə isə 1,8 trilyon dollardan çox iqtisadiyyata gəlir gətirəcək.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR