İlon Mask universitet açır

Yüksək texnologiya şirkətləri SpaceX və Tesla-da pay sahibi olan sahibkar İlon Mask qeyri-adi universitet açmağı düşünür.

Metbuat.az xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb. Sahibkarın sözlərinə görə, universitet "Texas Institute of Technology & Science" adlanacaq. "Twitter" istifadəçilərindən biri Maska sual verib ki, onun bu planlarını həyata keçirmək üçün imkanı varmı?. Bu suala da Mask müsbət cavab verib. Maskın tvitinə artıq 222 mindən çox "bəyənmə", həmçinin 23 mindən çox şərh gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR