Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri bəlli oldu

Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.


Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb:

- bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 20 manat

- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat

- bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;

- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu müəyyənləşir.

Qeyd edək ki, bu rüsumlar Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarına əsasən müəyyənləşmiş rüsumlarla eynidir. Bununla belə, bir yeni rüsum müəyyənləşib. Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün 20 manat dövlət rüsumu alınacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR