Çempionlar Liqasında tarixi gecə:

Xəbər verdiyimiz kimi, UEFA Çempioanlar Liqasının növbəti mərhələsində oyunlar davam edir.

Metbuat.az xəbər verir ki, Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. Belə ki, o, Portuqaliyanın "Benfika" komandası ilə olan matçda het-trik edib. Qarşılaşma "Bavariya"nın 5:2 hesablı qələbəsi ilə bitib.

Bununla da, ulduz futbolçu 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.

Bayern Munich 5-2 Benfica: Lewandowski hat-trick on milestone appearance  sends Germans through

Gecənin digər qarşılaşması isə UEFA Çempionlar Liqasının F qrupunda baş tutub. Belə ki, "Mançester Yunayed" Kriştiano Ronaldonun qolları hesabına "Atalanta"ya qarşı ayaqda dura bilib. "Atalanta" 12 və 56-cı dəqiqələrdə rəqib komandanın qapısından qol keçirə bilib. "Mançester Yunayed"i isə məğlubiyyətdən qurtaran klubun ulduz futbolçusu Kriştianu Ronaldo olub. Təcrübəli futbolçu 45+1 və 90+1-ci dəqiqələrdə qol vurub. Beləliklə, matç bərabərə bitib. Bununla da, "Mançester Yunayted" qrupda liderliyini qoruyub.

How Cristiano Ronaldo impressed Manchester United coaches vs Atalanta -  Manchester Evening News

Lionel Messiyə gəlincə, ulduz futbolçuların tarix yazdığı bu dönəmlərdə Lionel Messi dizindəki zədə səbəbindən bir müddət PSJ-də oynamayacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Kristiano Ronaldo qol sayını 139-a çatdırır. Portuqaliyalı futbolçudan sonra ikinci yerdə 123 qolla Lionel Messi dayanır. Üçüncü yerdə isə 80 qolu olan Robert Levandovski qərarlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR