Dünyada bir sıra ölkələr TikTok sosial şəbəkəsini bloklamaq üçün müzakirələr aparır.

Metbuat.az xəbər verir ki, bildirilir ki, Çin mənşəli platforma yeniyetmələr və gənclərin psixologiyasına zərər verir. Bu məsələ ABŞ-da da müzakirə mövzusuna çevirilib. Dövlət səviyyəsində TikTok sosial mediasının zərərləri barədə fikirlər səsləndirilib. Məlumata görə, 1,29 milyard aktiv istifadəçisi olan platfromanın istifadəçilərinin əksəriyyəti 13-24 yaş arasındadır.

Qeyd edək ki, Pakistan, İndoneziya, Banqladeş və Hindistan TikTok platfromasını qadağan edib.