"Yandex " şirkəti Dubaydakı "Carrefour" supermarketlər şəbəkəsindən robotların köməyi ilə məhsulların çatdırılmasını həyata keçirəcək.

Metbuat.az xəbər verir ki, bu münasibət ilə şirkət ticarət mərkəzlərinin operatoru "Majid Al Futtaim" ilə müqavilə imzalayıb. Müqavilə çərçivəsində "Yandex" Dubayda robotlardan istifadə edərək məhsulların çatdırılmasına başlayacaq.

Şirkət qeyd edir ki, 2022-ci ildən pilot proqram çərçivəsində Dubaydakı müştərilər "Carrefour" supermarketlərindən robotlar vasitəsilə çatdırılma sifariş edə biləcəklər və mağazanın proqramında sifarişin hərəkətini izləmək mümkün olacaq.

Gülbəniz Hüseynli / METBUAT.AZ