Rusiya Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kamışlı bölgəsində S-400 yerləşdirməyi planlaşdırır.
Metbuat.az xəbər verir ki, Rusiya mediası belə iddia irəli sürüb. Türkiyənin Suriyada PKK terror təşkilatına qarşı hərbi əməliyyatlara hazırlaşdığı bir vaxtda Moskvanın bu addımı böyük müzakirələrə yol açıb. Ekspertlər hesab edir ki, Donbasda Ukraynanın Türkiyədən aldığı PUA ilə rus texnikasını vurması Moskvanı qəzəbləndirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Türkiyə sərhədindən 3 kilometr məsafədə yerləşən Kamışlı bölgəsinə S-35 qırıcıları göndərdiyinə dair görüntülər üzə çıxmışdı.