Silahlılar DƏHŞƏT TÖRƏTDİ: 100 ölü çox sayda yaralı var

Nigerin Bani Banqu qəsəbəsinə təşkil edilən hücum nəticəsində 100-ə qədər insan həlak olub. Çox sayda insan yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə qəsəbənin rəsmi dairələri məlumat yayıb. Məlumata görə, hücum zamanı çox sayda silahlı iştirak edib. Kəndlilərdən bəzilərinin onlara müqavimət göstərməsi nəticəsində toqquşma baş verib. Bir neçə silahlı zərərsizləşdirilib. Hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi dəqiq məlum deyil. Lakin güman edilir ki, hücumu İŞİD terror təşilatı ilə əlaqəsi olan yerli qruplaşmalardan biri təşkil edib.

Qeyd edək ki, son vaxtlar ölkənin Mali ilə sərhəddə yerləşən bölgələrində oxşar hücumlar artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR