Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XI turun mərkəzi qarşılaşması keçirilib.

Metbuat.az xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" klubu "Mançester Siti"ni qəbul edib.

"Old Trafford"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qol ilk hissədə vurulub. Matçın yeddinci dəqiqəsində Erik Bayi topu öz qapısından keçirib. Görüşün 45-ci dəqiqəsində isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "şəhərlilər" ikinci pilləyə yüksəlib. On yeddi xalı olan "qırmızı şeytanlar" isə beşinci sırada qalıb.