Türkiyə və Ukrayna PUA mühərriklərinin tədarükü ilə bağlı razılaşma imzalayıb.
Metbuat.az xəbər verir ki, müqavilə “Baykar” və “İvçenko-Proqres”şirkətləri arasında imzalanıb. Razılaşmaya görə, Ukrayna türk şirkətini “Aİ-322F” turboreaktiv mühərrikləri ilə təmin edəcək.
Həmçinin, “Baykar” Ukraynadan zərbə PUA-ları üçün “Aİ-25TLT” turboreaktiv mühərriklərini tədarük edəcək.