Meksikanın Zacatecas əyalətində dəhşətli hadisə baş verib.
Metbuat.az xəbər verir ki, naməlum şəxslər 9 nəfərin cəsədini körpüdən asıb. 1 nəfərin cəsədi isə ərazidə tapılıb. Əraziyə gələn polis araşdırmalara başlayıb. Cəsədlərin kimə aid olduğu barədə açıqlama verilməyib. İlkin ehtimallara görə, ölənlər cinayətkar dəstənin üzvləri olub.
Qeyd edək ki, 4 gün əvvəl də bölgədə oxşar hadisə baş vermişdi. Hadisə yerli sakinlər arasında qorxu yaradıb.
