İntel qrafik kart istehsal edəcək -

"Intel" kompüterlər üçün ucuz qrafik kartı buraxacaq.

Metbuat.az xəbər verir ki, "Intel"in ən sərfəli "Arc" line qrafik kartı "Radeon" və "GeForce" modelləri ilə rəqabət aparacaq. Kod adı "DG2-128EU" olan model 128 qiqabayt ölçüdə olacaq. Videokart iki versiyada həm noutbuklar, həm də masaüstü kompüterlər üçün təqdim ediləcək. Versiyalar arasındakı əsas fərq "GDDR6" yaddaşının miqdarı olacaq. Şirkətdən bildiriblər ki, masaüstü versiyasının hesablama gücü perspektivli "Radeon RX 6500/6400" və "GeForce RTX 3050" səviyyəsində olacaq.

Məlumat üçün bildirək ki, "Intel" ilk qrafik kartları 2022-ci ildə satışa təqdim edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR