Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü

Kazreti-Dmanisi (Şərqi Gürcüstan) magistralında yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza nəticəsində azərbaycanlı ailənin 4 üzvü – ata, oğlu, gəlini və nəvəsi hadisə yerində ölüb.

Onlar Səfərli kənd sakinləridir. Hadisə yerində xilasedicilər və polis işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR