Dünya bazarında neftin qiyməti 5%-ə yaxın artıb

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası ticarət əməliyyatlarının gedişində Brent neftin 2022-ci il yanvar müqaviləsinin dəyəri 3.51% artıb. Bununla da, neftin qiyməti 75.27 ABŞ dolları təşkil edib.

Bundan başqa, Nyu- Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2022-ci ilin yanvar müqaviləsinin qiyməti 4.37% artıb. Belə ki, neftin son qiyməti 71.13 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR