“Qızıl top”u yənə Messi

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı forvard karyerasında 7-ci dəfə bu titula sahib çıxıb.

Almaniya "Bavariya"sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR