“Google” axtarış saytı dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.
Metbuat.az xəbər verir ki, belə ki, istifadəçilər dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.
Qeyd edək ki, axtarış sistemi dünyada baş verən maraqlı hadisələr, ənənəvi günlər, bayramlarlə əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar haqqında dudllar hazırlayır.


