Ronaldu 800-cü qolunu vurub -

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu karyerasında 800-cü qolunu vurub.

Metbuat.az xəbər verir ki, o, buna Premyer Liqanın 14-cü turunda "Arsenal"la oyununda nail olub.

Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.

Hücumçu Mançester Yunayted"ə "Yuventus"dan keçib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR