Gərginlik artır: İŞİD hücuma keçdi - 10 ölü

İraqın Mosul şəhərində İŞİD terrorçuları yenidən fəallaşıb.

Metbuat.az xəbər verir ki, terrorçular Peşmərgə qüvvələrini hədəfə alıb. Bildirilir ki, silahlılar peşmərgə üzvlərini pusquya salıb. Nəticədə 7 peşmərgə və 3 mülki şəxs həlak olub.

Qeyd edək ki, son həftələrdə bölgədə peşmərgə və İŞİD arasında toqquşmalar intensivləşib. PKK terrorçuları da peşmərgəni hədəfə alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR