Şuşada XTQ-ni görüb DƏHŞƏTƏ GƏLDİLƏR:

Erməni jurnalist, bloqçu qondarma rejimin cinayətlərini ifşa etməklə ad çıxarmış Roman Bağdasaryan bu günlərdə sensasiyalı məlumat yayıb. O, Şuşa əməliyyatı haqqında yeni detalları ortaya çıxarıb.

Metbuat.az xəbər verir ki, Roman Bağdasaryan Şuşanın 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində olduğu məlumatını verib.

"Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperçisi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girib. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxıblar. 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində gizlənən 1000-ə yaxın döyüşçü üzə çıxdı, onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar, halbuki, ona qədər məhsullar artıq iylənmişdi".

Roman Bağdasaryan yazır ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı, heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Onun bildirdiklərinə görə, Şuşada guya 6 min insanın yaşadığını desələr də bu yalan məlumatdır. Çünki daha çox pul silməyə hesablanmış bu xəbərin əsli ondan ibarətdir ki, o vaxt , əhərdə əhalinin sayı heç 3 minə çatmırdı.

"Şuşaya gizli bir yol qalxır. Daşaltından qalxan bu yolu erməni dəllallar çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar. Azərbaycan ordusu bu gizli yoldan da istifadə etmişdi. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıblar" deyə erməni bloqçu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR