Ermənistanda hərbçi qarışqa kimi YOXA ÇIXDI:

Ermənistan mətbuatı iddia edir ki, noyabrın 16-da Zəngəzurda hərbi əməliyyatların bərpa olunduğu gün, müqaviləli hərbçi Vahe Manukyanın yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, əsgərin qardaşı Hayk Manukyan “Hraparak” redaksiyasına zəng edərək, qardaşının həmin hadisələrdən 5 gün əvvəl hərbi xidmətə gedəndən sonra yoxa çıxdığı barədə deyib.

“Onunla danışandan sonra getdi və əlaqə saxlaya bilmirik. Müdafiə Nazirliyinə zəng edirəm, deyirlər ki, axtarış aparılır. İnsan Haqlarının Müdafiəsi və digər ünvanlara müraciət etdiyimiz halda bizə kömək edən yoxdur. Hər gün zəng edirik, telefonu üzümüzə bağlayırlar. Qardaşımın həyat yoldaşı da hərbi hissəyə gedib, deyiblər ki, burada yoxdur”.

İtkin düşən əsgərin həyat yoldaşı bildirib ki, hadisədən bir aya yaxındır ki vaxt keçsə də əsgər tapılmayıb. O bildirib ki, Müdafiə Nazirliyi də “gözləyin”dən başqa heç nə demir, “Qırmızı Xaç” idarəsi isə onları sadəcə təsəlli etməklə kifayətlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR