Kanada boykot qərarını açıqladı

Kanada 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiada oyunlarını boykot edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo deyib

Hökumət başçısı bildirib ki, səbəb Çinin Sintszyan-Uyğur Muxtar Rayonu və digər bölgələrdə insan hüquqlarını pozmasıdır. Qərarə görə, Kanadanın rəsmi nümayəndələri tədbirlərdə iştirak etməyəcək. Yarışa Kanadadan ancaq idmançılar qatılacaq.

Qeyd edək ki, Avstraliya da boykot qərarını açıqlayıb. ABŞ da oxşar qərar verə biləcəyini bildirmişdi. Böyük Britaniyanın Pekin Qış Olimpiada oyunlarını diplomatik səviyyədə boykot edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR