Daha bir ölkə Olimpiya Oyunlarını boykot etdi

Slovakiya Prezidenti Zuzana Çaputova Çində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykot edilməsi məsələsində ABŞ-ı dəstəkləyir və Pekinə getməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər.

2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR