Elza qiymət artımı barədə: “İndiyədək kiminsə acından öldüyünü eşitmisiniz?”

Əməkdar artist Elza Seyidcahan qiymət artımından danışıb.

Metbuat.az xəbər verir ki, “3D” proqramında qonaq olan müğənni virtual aparıcı Dadaş Dadaşlinskinin “Qiymət artımını hiss edirsiniz” sualına belə cavab verib:

“Heç birindən nə xəbərdaram, nə mənə təsir edir, nə də halıyam. Ona görə yox ki, varlıyam, ona görə ki, zəhmətkeşəm. Dövlətimizin qanunlarının hər birinə böyük-böyük hörmətlə yanaşmalıyıq. Hər bir insan zəhmət, əziyyət çəksə, öz ailəsini dolandıra bilər”.

Seyidcahan aparıcının “Siz bazara getmirsiniz” sualına isə belə cavab verib:

“Bazar mənim evimə gəlir. Mən elə bil ki, bir qarışqayam, qazanıram, evə gəlirəm, qızıma deyirəm ki, al bu qazın, işığın pulu… Pulu Allah bizə xərcləmək üçün verir. Ailələr var ki, evlərinə girirsən, gözlərin kor olur. İşığı elə verirlər ki… Lampanı balaca qoyurlar, işığı az yazsın. İnsan həyatda bir dəfə yaşayır. İşığı bol-bol işlət, qazı bol-bol işlət. Sən əziyyət çəkəcəksən, Allah sənə ruzu verəcək. İnsan özündən ummalıdır, bəzi çatışmazlıqları özündə görməlidir. Qazdır, işıqdır, sudur, ətdir, toyuqdur bahalaşsın da. Bu vaxta qədər eşitmisiniz ki, kimsə acından ölüb? Qarnı heç kəs görmür. Biz yeməyi yeyirik ki, acından ölməyək. Amma biz insanlara ruhi qida verməliyik. Bugünkü gündə mən insanlara musiqilərimlə ruhi qidalar verirəm. Allah məni acından öldürər?”

E.Seyidcahanın bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR