Emreli "Legiya"dan ayrılmaq istəyir

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq fikrinə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Polşa mətbuatında yayılıb. Bildirilir ki, 24 yaşlı forvard bu qərarı azarkeşlər tərəfindən hücuma məruz qaldıqdan sonra alıb.

Bundan başqa, Mahirin klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün artıq vəkillərlə danışıqlara başladığı da qeyd olunub.

Qeyd edək ki, yay aylarında “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR