Məşhur futbolçu gözyaşları ilə karyerasını bitirdi - VİDEO

"Barcelona"nın argentinalı hücumçusu Serxio Aquero gözyaşları içində futbolu tərk etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun ürəyindəki problemdir.

Mövsümün əvvəlində "Mançester Siti"dən "Barcelona"ya keçən təcrübəli futbolçu "Alaves" matçında sinəsində ağrı hiss etdiyi üçün oyunu tərk edib. Bundan sonra müalicə alsa da, artıq o karyerasını bitirməyi qərara alıb.

Qeyd edək ki, Aquero karyerası boyunca "İndependiente", "Atletiko Madrid", "Mançester Siti" və "Barselona"da çıxış edib. Ulduz futbolçu karyerası ərzində 666 matça çıxıb və 379 qol vurub, 146 məhsuldar ötürmə edib. Millinin vazkeçilməzləri arasında yer alan Agüero 101 dəfə milli formanı geyinib və 41 qol vuraraq tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR