Millimizin Millətlər Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

C Liqasında yer alan yığmamız püşkatmaya 3-cü səbətdən qatılıb.

Seçməmizin rəqiblərini təqdim edirik:

Qrup C3

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan/Moldova

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR