Gəncə, 30 may, AZƏRTAC
Gəncə Olimpiya İdman Kompleksində 28 May - Respublika Gününə həsr edilmiş taekvondo üzrə açıq şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialının təşkilatçılığı ilə keçirilən birincilikdə Gəncə ilə yanaşı Göygöl, Samux, Tovuz, Yevlax, Ağdaş və Şəmkirdən 220 nəfərdən çox idmançı iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda medalların sayına görə Gəncə idmançıları birinci, Göygöl idmançıları ikinci, Tovuz idmançıları isə üçüncü yerə çıxıblar.
Fəxri kürsüyə qalxan idmançılara turnirin diplom və medalları təqdim olunub.
Gəncədə taekvondo üzrə açıq şəhər birinciliyinə yekun vurulub
Gəncədə taekvondo üzrə açıq şəhər birinciliyinə yekun vurulub
Gəncədə taekvondo üzrə açıq şəhər birinciliyinə yekun vurulub