ABŞ, 18 dövlət işçisinin 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiada oyunlarında iştirak etməsi ilə bağlı Çinə viza üçün müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Çin viza müraciətinə beynəlxalq qanunlar çərçivəsində cavab verəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Pekin Qış Olimpiada oyunlarını boykot edəcəyini açıqlamışdı. Bildirilib ki, səbəb Çinin Sintszyan-Uyğur Muxtar Rayonu və digər bölgələrdə insan hüquqlarını pozmasıdır. Yarışda yalnız amerikalı idmançılar iştirak etməli idi.