2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçu məlum oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, siyahının ilk pilləsində "Estoniya"nın "Payde" klubunda çıxış edən Henri Anier qərarlaşıb.

31 yaşlı hücumçu "Flora-2"ni 14:0 hesabı ilə qalib gəldikləri oyunda 8 qol vurub.

İkinci sırada Macarıstanın "Ferentsvaroş" klubundan Mirto Uzuni yer alıb. 26 yaşlı albaniyalı vinger kubokda "Hatvan"a 9:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 6 qol vurub.

Siyahıdakı 5 futbolçu isə bir görüşdə 6 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR