Postmünaqişə mərhələsində diplomatik fəaliyyət üzrə görülən işlər

10 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonra Azərbaycan tərəfi 2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv şəkildə fəaliyyət aparıb.

Metbuat.az xəbər verir ki, bu, XİN-in 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

“İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilmiş, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində addımlar atılmışdır”, - qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR