"Fənərbağça" 10 il öncəki matçın keçirilməsini tələb edib

"Fənərbağça" klubu 2011-ci ildə oyun alqı-satqısı iddiası səbəbilə baş tutmayan Türkiyə Super Kuboku matçının oynanılmasını tələb edib.

Metbuat.az xəbər verir ki, klub məsələ ilə bağlı artıq Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

İstanbul təmsilçisi danışılmış oyunlarda ittiham olunan sabiq prezident Aziz Yıldırımla bağlı Ali Məhkəmənin bəraət hökmündən sonra bu qərara gəlib.

Xatırladaq ki, "Fənərbağça" Türkiyə Super Liqasında 2010/2011 mövsümünü çempion kimi başa vurub. Superkubok uğrunda "Beşiktaş"la qarşılaşmalı olsa da, oyun qeyd edilən səbəbdən baş tutmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR