"Neftçi" Eddi İsrafilovu transfer etdi

"Neftçi" klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.

Metbuat.az xəbər verir ki, 30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək. O, artıq komanda ilə ilk məşqinə də qoşulub.

Qeyd edək ki, Eddi İsrafilov iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR