Milli çempionatların yüksək liqasında XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 2001-21-ci illərdə ən azı 200 qol vuranlar daxil edilib.

Siyahıya 487 qolla Kriştiano Ronaldo başçılıq edir. 475 qolla ulduz futbolçu Lionel Messi ikincidir.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 487

2. Lionel Messi (Argentina) – 475

3. Zlatan İbrahimoviç (İsveç) – 391

4. Luis Suares (Uruqvay) – 352

5. Robert Levandovskl (Polşa) – 328

6. Aleksandar Duriç (Sinqapur) – 304

7. Ali Aşfaq (Malayziya) – 290

8. Xose Alfredo Kastilyo (Boliviya) – 288

9. Martin Kombarov (Bolqarıstan) – 288

10. Serxio Aquero (Argentina) - 282