​Qasım Süleymaninin qızının bu fotosu etirazlara səbəb oldu: Əri hədiyyə edib -

İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə keçmiş komandanı general Qasım Süleymaninin qızı Zeynəbin fotosu böyük rezonans yaradıb.

Metbuat.az xəbər verir ki, Süleymanini anma mərasimi zamanı çəkilən fotoda Zeynəbin əlində iPhone 13 Pro Max telefonu olduğu diqqət çəkib. Foto sosial mediada yayılandan sonra Zeynəbin ABŞ istehsalı olan bahalı telefon işlətməsi etiraz yaradıb. Zeynəb Süleymaninin yaxınları bildirib ki, telefonu ona livanlı həyat yoldaşı hədiyyə edib.

Qeyd edək ki, Qasım Süleymani iki il əvvəl ABŞ ordusunun hücumu nəticəsində Bağdadda həlak olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR