Rusiya Qazaxıstana ordu yeritdi: Sülhməramlıların qarşısına bu tapşırıq qoyulub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana sülhməramlılar göndərib.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, qüvvələr artıq bölgəyə çatıb. Onların sayı barədə məlumat yoxdur. Məlumata görə, qüvvələr arasında əsasən Rusiya və Belarusiyadan olan hərbçilər yer alır. Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov bildirib ki, sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında iştirak etməyəcək.

Onların vəzifəsi hərbi strukturları və dövlət əhəmiyyətli obyektləri mühafizə etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR