"Instagram" istifadəçilərə 3 yeni seçim təqdim edəcək

"Instagram" 2022-ci ildə 3 yeni özəlliyini istifadəçilərə təqdim edəcək.

Metbuat.az xəbər verir ki, sosial şəbəkənin CEO-su Adam Mosseri bu yeni özəlliklər üçün artıq sınaqlara başladığını bildirib.

Belə ki, bundan sonra isitifadəçilər sosial şəbəkəyə daxil olan zaman 3 seçim imkanı əldə edəcəklər. Bu seçimlər "ana səhifə" (Home), "sevimlilər" (favorites) və "izlənilənlər" (following) olacaq.

"Ana səhifə" (Home) vasitəsilə istifadəçilər bu platformadan həm səmərəli, həm də maraq dairələrinə uyğun paylaşımlar görəcəklər. "Sevimlilər" (favorites) seçimi sevilən insanların paylaşımlarından vaxtında xəbərdar olmağı təmin edəcək, "izlənilənlər" (following) isə istifadəçinin izlədiyi hər hesabdan paylaşımların xronoloji siyahısını göstərəcək.

Şirkət bu özəlliyi yaxın zamanda təqdim etmək niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR