Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib

12:27 30 May 2015
96 İdman
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 12:24 ]


Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ilk Avropa Oyunlarının təşkili ilə bağlı görülən işlər barədə danışıb.

 

İcra başçısı qeyd edib ki, "Bakı-2015" oyunları Avropa idman tarixində yeni səhifə açacaq.

 

Yerli ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbirə həmçinin "Son zəng"i qeyd edən yüzlərlə yeniyetmə qatılıb. Tədbir böyük konsert proqramı ilə davam etdirilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR