Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, baş məşqçi Joze Alesio Da Silva yanvarın 10-da Bakıda start götürəcək hazırlıq prosesinə 16 oyunçu çağırıb. Onlardan 13-ü yekun heyətə seçiləcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR