Sülhməramlılar, yoxsa cinsi təcavüzkarlar: Ermənistan Qazaxıstana kimləri göndərir? -

Qazaxıstandakı məlum hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu türk ölkəsinə göndərib. Bu hadisə isə ermənilər arasında iştahqabardan hal kimi başa düşülüb.

Metbuat.az xəbər verir ki, “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni videomaterialda qeyd olunur ki, sosial şəbəkədə ermənilərin əksəriyyəti Qazaxıstandakı hadisələr fonunda orada yeni soyqırımı törətmək imkanı yarandığını bildiriblər.

Bir çoxları isə Xocalını yada salaraq, yenidən həmin vəhşiliyi törətməyə hazır olduqlarını vurğulayıblar.

Üstəlik, ermənilərin əxlaqsız yanaşması bununla da bitməyib. Onlar qazax xalqının namusuna belə dil uzatmağa, qazax qızları ilə bağlı çirkin fikirlər səsləndirməyə cürət ediblər.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR