Futbol üzrə İspaniya Super Kubokuna start verilib.

Metbuat.az xəbər verir ki, ilk yarımfinal oyununda "Real Madrid" "Barselona"ya qarşı oyanyıb və 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsidir.

Qeyd edək ki, "Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.