“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstandakı missiyası uğurla başa çatıb”.

Metbuat.az xəbər verir ki, bu barədə KTMT sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov açıqlama verib. O bildirib ki, sülhməramlılar qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin edib.

Qeyd edək ki, məlumatlara görə, sülhməramlılar Qazaxıstanda mühafizə etdikləri obyektləri yerli təhlükəsizlik qüvvələrinə təhvil verib.