Fevral ayında bazara daxil olması gözlənilən "Samsung"un yeni telefon modeli "Galaxy S22" barədə ilk detallar mediaya sızıb.
Metbuat.az xəbər verir ki, Cənubi Koreyada irəli sürülən iddialara görə, bu seriyasının qiyməti 899 dollardan başlayacaq.
"Galaxy S22", "Galaxy S22 Plus" və "Galaxy S22 Ultra" modellərindən ibarət olan bu yeni telefonların dizaynında köklü dəyişiklik gözlənilmir. Belə ki, bu modellərin dizaynı bundan öncəki "Samsung Galaxy S21"in formasında olacaq.