Müğənni Aynur Dadaşovaya AĞIR İTKİ -

Müğənni Aynur Dadaşovanın atası İbrahim Dadaşov bir neçə dəqiqə öncə dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə lent.az-a ifaçının özü açıqlama verib.

Müğənni deyib ki, dünyam dağılıb: "Bacımın ardından atamı da itirdim. Çox pisəm". (Ağlayır)

A. Dadaşova onun üçün bu barədə danışmağın çox çətin olduğunu söyləyib: "Ən qorxduğum doğma itkisi idi. Məkanı cənnət olsun".

Xatırladaq ki, mərhum bir müddət öncə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Qeyd edək ki, ötən il A.Dadaşovanın bacısı Günel xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR