Matəm günlərinin xüsusi ritualla keçirilməsinin TƏRƏFDARI DEYİLƏM -

"Xalq olaraq 20 Yanvara qəhrəmanlıq tarixi kimi yanaşmalıyıq".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Fazil Mustafa edib. Deputatın sözlərinə görə, Azərbaycanda artıq matəm günlərinin xüsusi bir ritualla keçirilməsinin tərəfdarı deyil.

“20 Yanvar gününün əvvəlki qaydada keçirilməsinin tərəfdarı deyiləm. Çünki 20 Yanvar bizim müstəqilliyimizə gedən yolda vacib tarixi hadisələrdən biridir. Lakin bu dövr geridə qalıb və artıq bizim Qarabağ zəfərimiz var. Ümumiyyətlə, Biz daha çox qələbə günləri üzərində düşünməliyik və onu cəmiyyətə təbliğ etməliyik. Çünki bir xalqın matəmlə yaşaması doğru deyil. Lakin həmin gün şəhid olan insanlarımız var. Onların xatirəsini əziz tutmalıyıq, amma bunu bir ritualla çevirməməliyik. Əsas insanlara qələbəni və uğuru aşılamaq lazımdır".

Fazil Mustafa qeyd etdi ki, onsuz da tariximizdə və dinimizdə matəmlə elə bir şəkildə sistem qurulub ki, bəzən matəmsiz həyatımızı təsəvvür edə bilmirik. Ona görə də 20 Yanvar faciəsinə baxış fərqli olmalıdır. Bu, bir matəm günü kimi yox, qəhrəmanlıq tarixi kimi xatırlanmalı və qeyd olunmalıdır.

"Görürsünüz, biz Zəfər Gününü qeyd edirik, amma onu qəhrəmanlıq tarixi kimi qeyd edirik. Orada 3 mindən artıq insan şəhid olub. Lakin şəhid olma anlayışını nə qədər uca tutduğumuzu görürsünüz. Amma bunu qələbə və qəhrəmanlıq fonunda qeyd edirik. Bu, əslində millətə ruh düşkünlüyü yox, ucalıq gətirən haldır. Ona görə də 20 Yanvarı matəm günü kimi qeyd olunmasını ortadan qaldırmalıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR