Ronaldo və baş məşqçi arasında GƏRGİNLİK -

İngiıtərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştianu Ronaldo ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, hadisə "Mançester Yunayted"in "Brentford"a 3:1 hesabı ilə qalib gəldiyi matçda baş verib.

71-ci dəqiqədə baş məşqçi Ronaldonu əvəzləyib. Ulduz futbolçu meydandan çıxdıqdan sonra Ranqnikə qışqıraraq "Niyə mən? Niyə məni meydandan çıxardın"? deyə qəzəblənib.

Baş məşqçi isə Ronaldonun kiçik zədəsi olduğunu, komandanın mənafeyi naminə belə etdiyini deyib:

"Bu, normal haldır, o da oynamaq və qol vurmaq istəyir. Daha əvvəl kiçik zədəsi olmuşdu. İrəlidə daha bir vacib qarşılaşmamızın olduğunu unutmayaq. Ronaldo məndən əvəzlənmə səbəbini soruşduqda cavab verdim ki, bu qərarı komandanın mənafeyi naminə qəbul etmişəm. Bir neçə ildən sonra özü məşqçi olduqda məni anlayacaq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR