Neslihan Atagülün qarda

Məşhur aktrisa Neslihan Atagül İstanbulu təsiri altına alan qarın keyfini evinin bağçasında çıxarıb.

Metbuat.az xəbər verir ki, aktriasanın qar kombinasiyası diqqət çəkib.

Futbolçu kombinasiyası ilə bağçasında iti ilə poz verən Atagülün geyimi sosial mediada müzakirələrə səbəb olub.

Soyuq və qarlı havaya baxmayaraq, Neslihan Atagül şortikdə qarın dadını çıxarıb. Bu anları isə aktrisanın aktyor həyat yoldaşı Kadir Doğulu görüntüləyib. "Doğulu çölə çıxmaq əvəzinə həyat yoldaşını telefonla evin içindən çəkib" - deyə sosial media izləyiciləri görüntülərə reaksiya veriblər.





    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR