İraq ordusu İŞİD-ə qarşı əməliyyatlara başladı

İraq qüvvələri İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayıb.

Metbuat.az xəbər verir ki, hərbi əməliyyatlara hərbçilər və polislər cəlb edilib. Bildirilir ki, axtarışlar Diyala vilayətinin müxtəlif bölgələrini əhatə edir. Hərbi əməliyyatlar terrorçular məhv edilənə qədər davam edəcək.

Qeyd edək ki, ötən həftə Diyala vilayətində İŞİD terrorçularının hücumu nəticəsində 11 hərbçi həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR