Məktəblərdə nə baş verir? -

Azərbaycanda məktəblilərin sosial şəbəkə paylaşımları müzakirələrə səbəb olub.


Metbuat.az ölkə.az-a istinadla xəbər verir ki, “TikTok”da paylaşılan görüntülərdə şagirdlərin dərs vaxtı nizam-intizam qaydalarını pozan hərəkətlər etməsi və həmin anları videoya alaraq paylaşması tənqid edilib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə belə halların indi yaşanmadığını, daha əvvəllər də olduğunu yazıblar. Bildirilib ki, əvvəllər mobil telefon hər kəsdə olmadığına görə belə hallar üzə çıxmayıb.

Təhsil eksperti Kamran Əsədov isə söyləyib ki, hələ bu, görünən "hissə"lərdir:

"Əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq.
Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib? Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim. Sabah çox gec olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl bağçada tərbiyəçinin, məktəbdə isə direktorun şagirdə əl qaldırması ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR