"Qarabağ" və Çexiyanın “Bohemians” klubları arasında keçiriləcək yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Metbuat.az bildirir ki, buna səbəb Türkiyənin Antalya şəhərində hökm sürən qarlı hava şəraiti olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsi zamanı yaşanan çətinliklərə görə ləngiyib.

Oyunun yeni başlama vaxtı isə hələlik elan edilməyib.